Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Agrarco” MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsi imzalanacaq.
Eləcə də bax: Azərbaycana fındıq bir ay ərzində $16 milyondan çox valyuta - GƏTİRİB
FED.az xəbər verir ki, sözügedən layihə çərçivəsində fındığın dəyər zənciri boyunca dayanıqlı bioenerji əldə edilməsi yanaşmasının araşdırılması, istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəbləri araşdırılır.
Əməkdaşlıq çərçivəsində bu proseslərdə qabaqcıl təcrübələrin tətbiqi və bu sahə ilə məşğul olan fermerlərin potensialının artırılmasına dair fəaliyyətlər planlaşdırılır.
Tədbirdə FAO-nun və "Agrarco" MMC-nin rəhbər heyəti və mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyinin rəhbər heyəti və mütəxəssisləri, eləcədə digər qurumların nümayəndələri iştirak edəcəklər.
Tədbirdə FAO-nun ölkə üzrə ofisinin rəhbəri Mələk Çakmak və “Agrarco”nun baş icraçı direktoru Cavid Kazımov, “Aqrar Kredit və İnkişaf” agentliyinin Sədri Seymur Mövlayev, layihənin Milli Koordinatoru Surxay Novruzov iştirak edəcəklər. (Apa)