Azərbaycanda sənaye müəssisələrində ərzaqlıq yumurta istehsalı 43 %-dən çox artıb.
Məcnun Məmmədova Gömrük Komitəsinin quşçuluğa yaratdığı problemlər barədə məlumat verilib
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Baku TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə heyvandarlıq sahəsində müəyyən dəyişikliklər var: “Bu dövr ərzində heyvandarlıqda 11 %-ə qədər artım qeydə alınıb. Ən böyük artımı quşçuluqda – həm ət, həm yumurta istehsalında – müşahidə edirik. Son illərdə yumurta istehsalı 20 %-dən çox artıb. Sənaye müəssisələrində ərzaqlıq yumurta istehsalı isə 43 %-dən çox artıb. Əslində, bu, yaxşı xəbərdir. Çünki sənayeləşmə baş verir və bizim də əsas hədəflərimizdən biri kənd təsərrüfatında məhsul istehsalının sənayeyə yönəldilməsinə nail olmaqdır”.










