Aqrar sektor ölkəmizin ərzaq təhlükəsizliyində mühüm yer tutur, ərzaq istehlakının 80%-i məhz yerli istehsal hesabına təmin olunur.
Əhalinin xərclərinin yarıdan çoxu - ƏRZAĞA SƏRF OLUNUR – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Aqrar Sığorta Forumunda çıxışında deyib.
Nazir bildirib ki, ötən il Azərbaycanda 7,6 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib:
“Aqrar sektorun ümumi daxili məhsul istehsalında (ÜDM) payı 5,9%, qeyri-neft sektorunda isə 8,3% təşkil edir”.
“Bu artımı şərtləndirən əsas amillərdən biri dövlətin aqrar sektora göstərdiyi böyük dəstəkdir. Ölkə rəhbərliyinin diqqət və qayğısının göstəricisi olaraq kənd təsərrüfatı istehsalçılarına vergi azadlığı, güzəştli maliyyə resurslarına çıxış, subsidiyalar, güzəştli texnika, avadanlıq və damazlıq heyvanların təqdim edilməsi kimi genişmiqyaslı dəstək mexanizmləri təklif olunur. Bu alətlər son nəticədə aqrar sektorun inkişafına və sahəyə yatırılan investisiyaların artmasına təkan verir, - deyə Məcnun Məmmədov əlavə edib.













