Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq ediləcək.
Azərbaycanda heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq ediləcək
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 % artırılacaq. Dəstək EKTİS-də bəyan, heyvanların identifikasiyası, sığorta, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərti ilə tətbiq ediləcək.












