Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin və məhsul subsidiyalarının yeni əmsalları barədə qərar qəbul edib.
Eləcə də bax: Əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra - Veriləcək - FƏRMAN
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qərarda subsidiyaların verilməsinə dair çoxsaylı yeniliklər var.
Qərara əsasən, üç bitki növü – əkin subsidiyaları tam şəkildə məhsul subsidiyası ilə əvəzlənib və məhsul subsidiyasının miqdarı artırılıb. Eyni zamanda, birdəfəlik əkin subsidiyası verilən meyvə bağlarının da siyahısı genişlənib.
İndiyədək 6 cür meyvə bağına görə birdəfəlik subsidiya ödənilirdisə, 2020-ci ildən bu rəqəm 9-a çatdırılıb. Qərarda subsidiyaların verilməsinə dair digər yeniliklər də əksini tapıb. (Apa)