Neftçala Sənaye Məhəlləsinin iştirakçısı - "Gilan PİVOT" MMC tərəfindən müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək.
FiED.az xəbər verir ki, ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.
Azərbaycanda dairəvi suvarma sistemlərinin istehsalına başlanılır
12:12
13 Mart 2018