Banner

Aqrar

Azərbaycanda canavarlar 400 qoyunu parçaladı

Azərbaycanda canavarlar 400 qoyunu parçaladı | FED.az
09:28 2 Aprel 2019

Abşeronda canavar sürüsü 1 gecədə 407 baş xırdabuynuzlu heyvanı məhv edib. 

FED.az xəbər verir ki, Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub. 

Fermer təsərrüfatının rəhbəri Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar.

Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, ona 60 min manatdan çox ziyan dəyib. 

Eləcə də bax: Azərbaycan xurma istehsalını artıracaq

Digər xəbərlər

Banner