Kənd təsərrüfatı məhsullarının yetişdirilməsini və satışını həyata keçirən müəssisə tərəfindən vergiödəyicisi kimi qeydiyyatda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçısından mallar alınarkən hesablaşmalar nağd qaydada aparıla bilərmi?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən, vergiödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxslərdən (kənd təsərrüfatı məhsullarının istehsalçılarından) kənd təsərrüfatı məhsullarının alınması zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmayıb.