Azərbaycanda bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib.
Nazir: "Azərbaycanda pambıq əkilən sahələr hər il artır. Amma su ehtiyatları məhduddur"
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, hələlik pambıq yığımı davam edir: “Havaların yağıntılı keçməsi taxıl üçün yaxşı olsa da pambıq üçün zərərlidir. Ona görə də istehsal həcmi ilə bağlı hələlik nəsə demək çətindir”.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 276,1 min ton pambıq yığılıb. Bu isə əvvəlki ilə nisbətən 14% azdır. (Apa)