Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 039,3 min ton kartof istehsal olunub.
Eləcə də bax: Azərbaycan kartof istehsalını - ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,4% artıb.
Hesabat dövründə ölkədə 56,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,4% azdır.
Bununla yanaşı, cari ilin 11 ayında kartof yığımında məhsuldarlıq 185 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 7 sentner və ya 3,9% çoxdur.