Salyanda yaradılan Dövlət Sort-Sınaq Məntəqəsində bu il 11 hektar sahədə sınaq üçün 38 növ yüksək reproduksiyalı taxıl növü becərilir ki, bunun da 6 hektarı arpa, 5 hektarı buğdadır. FED.az xəbər verir ki, məntəqənin müdiri Balaeyvaz Hüseynov Azərtacın bölgə müxbirinə bildirib ki, becərilən 6 növ arpa və 32 növ buğda sortu (10 növ bərk, 22 növ isə yumşaq) 3 il sınaqdan keçiriləcək. Sonra ən çox məhsul verən sortlar dövlət resyterinə salınacaq və onun toxumçuluğu təşkil olunacaq.
Hər il olduğu kimi, bu il də əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Gələn ayın əvvəllərindən məhsul yığımına başlanılacaq.
Qeyd edək ki, ötən il Sort-Sınaq Məntəqəsində yetişdirilən arpa sortlarının hər hektarından 33,2, buğda sortlarından isə 35,3 sentner məhsul götürülüb.