Bu il yanvarın 1-nə Azərbaycanda kənd təsərüfatı, meşə təsərüfatı və balıqçılıq sektorunda fəliyyət göstərən sahibkarların 25,9 %-i və yaxud 133 388-i qadın olub.
FED.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir.
Sənədə əsasən, qadın sahibkarların 133 365-i mikro, 22-si kiçik, 1-i isə orta sahibkar olub.
2024-cü ilin sonuna ölkədə kənd təsərüfatı, meşə təsərüfatı və balıqçılıq sektorunda 515 244 sahibkar fəaliyyət göstərib ki, bunun da 74,1 %-i və yaxud 381 856-sı kişilər olub.