Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 342,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Eləcə də bax: Aqrar sığortada rekord göstəricilər qeydə alınıb – 9 AYIN NƏTİCƏLƏRİ AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 7,3 % artaraq 3 989,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 3 352,4 milyon manat təşkil edib.