Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 7 milyard 262 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bu fermerlərə əlavə - SUBSİDİYA VERİLƏCƏK
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,2 % artaraq 3 milyard 851 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,4% artaraq 3 milyard 411 milyon manat olub.
Avqustuın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 901,5 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 % çox dənli və dənli paxlalı bitkilər, 664,9 min ton (1,8 % az) kartof, 1 242,8 min ton (4 % çox) tərəvəz, 388,8 min ton (eyni səviyyədə) bostan məhsulları, 8,1 min ton (5 % çox) üzüm, 2,9 min ton (0,5 % çox) günəbaxan, 9 min ton (53,6 % çox) şəkər çuğunduru, 1,8 min ton (0,7 % çox) tütün, 717,2 ton (15,4 % çox) yaşıl çay yarpağı yığılıb.
2023-cü ilin yanvar-iyul aylarında diri çəkidə 327 min ton ət, 1 305,8 min ton süd, 1 305,1 milyon ədəd yumurta, 14,4 min ton yun, 356,6 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 3,1 %, süd istehsalı 1,7%, yumurta istehsalı 12 %, barama istehsalı 5,1 % artıb, yun istehsalı isə 2,6 % azalıb. (Report)