Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin banklardan aldığı kreditlərin faizlərinin bir hissəsinin subsidiyalaşdırılması üçün layihə hazırlayır.
Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 23 milyon manat - KREDİT VERİB
FED.az xəbər verir ki, bunu Agentliyin şöbə müdiri Rövşən Məmmədli Bakıda keçirilən "Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı" mövzusunda tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, fermerlər girov təminatından çox dövlət zəmanəti ilə kredit əldə edə bilərlər.
"Əgər kreditin 50 %-nə dövlət zəmanət versə, fermerin girov qoymasına ehtiyac olmaya bilər", - deyə nazirlik rəsmisi qeyd edib. (Report)