Azərbaycanda Amerika təcrübəsi ilə sənaye üsulu ilə - QOZ İSTEHSALI BAŞLAYIB
Azərbaycanda ilk dəfə olaraq sənaye üsulu ilə qoz istehsalı başlayıb.
FED.az xəbər verir ki, bu barədə dekabrın 2-də prezident İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olarken məlumat verilib.
Burada bildirilib ki, 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın “Webster” şirkətinin təcrübəsi əsas götürülüb.
Məlumatda qoz bağının sahəsi açıqlanmasa da, bildirilib ki, aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.