2023-cü ilin yanvar-sentyabr aylarında 34,4 milyon ABŞ dolları dəyərində alma ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 8,5 milyon dollar və ya 32,8% çoxdur.
Ötən ilin eyni dövründə isə 25,9 milyon ABŞ dolları dəyərində alma ixrac edilib.