Budəfəki Qurban bayramı zamanı Azərbaycanda internetlə mindən artıq qurbanlıq heyvan satılıb.
Eləcə də bax: Qurban bayramı ilə əlaqədar - Onlayn Satış Yarmarkası Təşkil Olunacaq
FED.az xəbər verir ki, qurbanlıq qoyunların onlayn satışı Qurban bayramı ilə əlaqədar iyulun 31-dən avqustun 1-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub. Satışlar Bakıda 9, Sumqayıtlda isə 1 ünvanda aparılıb.
Qurbanlıq qoyunlar www.qurbanliq.kendden.az portalı ilə satılıb. Belə ki, vətəndaşlar 31 iyul saat 00:00-dək portala daxil olaraq heyvanları sifariş edib, satış məntəqələrindən isə onlayn növbə götürüblər. Sifariş zamanı qurbanlıq heyvanların götürüləcəyi məntəqəni, tarixi və saatı vətəndaş özü seçib. Sifariş barədə bildiiş vətəndaşın mobil telefonuna göndərilib və qurban sifariş verənlər həmin bildirişlə heyvanları kəsilmiş formada əldə edə biliblər.
Qurbanlıq heyvanın dəyərinin bir hissəsi (20 AZN) sifariş veriləndə əvvəlcədən ödənilib, qalan hissə isə qurbanlığı götürəndə ödənilib. Qurbanlıq ət 1 kq üçün 11,5 manatdan satılıb. 3 gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş 1047 baş qurbanlıq qoyun sifariş edib.