Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 700 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bu əvvəlki illə müqayisədə 2,8 faiz çoxdur.
FED.az xəbər verir ki, payızlıq taxıl əkinlərinin 649 min hektarını buğda, 395 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.
2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8 faiz artıb. Hazırda Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkilir.
Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.
Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.