Aqrar

Azərbaycana yeni qoyun növü gətiriləcək - YENİLİK

Azərbaycana yeni qoyun növü gətiriləcək - YENİLİK | FED.az
17:58 18 Fev 2019

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında səfərdədir.

FED.az səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir. Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və “Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.

Qeyd edək ki, dorperlər dünyada ən sürətli çoxala bilən və sürətli böyüyən qoyun cinslərindən biridir. Onu ötən əsrin 30-cu illərində 4 qoyun növünün calağından yaradıblar. Dorperlər bir sıra göstəricilərinə görə, digər növləri xeyli üstələyirlər.

Onların yunu demək olar ki, yoxdur, piyi də çox azdır. Əvəzində dorperlərin əti çox olur. Bir qoyunun çəkisi 60-70, hətta bəzən 100 kiloqrama çata bilər. Bu növün 130  kiloqramlıq nümayəndələri də olur. Dorper qoyunları yaxşı balalayırlar - ildə 2-5 bala. Balalar sürətlə boy atır və artıq bir aya 12-25 kiloqrama çatırlar.

Özü də bu cinsdə əzələlər yayılmış şəkildə olduğuna görə, onların ətinin keyfiyyətinə müsbət təsir edir. Dorperlər yeməyə qarşı kaprizli deyillər, hətta ən kasıb otlaqlarda da yemləni bilirlər. Dorperin digər üstünlüyü onun dərisidir. Dəridə düyünlər olmadığına görə, dorper dərisi əla emal olunur və buna görə yüksək qiymətləndirilir.

Digər xəbərlər

Banner