Aqrar

Azərbaycana ötən il idxal olunan ətin qiyməti – 80 MİLYON DOLLAR OLUB

Azərbaycana ötən il idxal olunan ətin qiyməti – 80 MİLYON DOLLAR OLUB | FED.az
12:23 14 Yan 2020

2019-cu ildə Azərbaycana ümumi dəyəri 79 milyon 448 min dollar olan ət idxal olunub.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkəyə çəkisi 51 546.78 ton olan ət idxal olunub.

Eləcə də bax:Azərbaycanın pomidor ixracatçıları - 200 MİLYON DOLLAR QAZANIBLAR

2018-ci illə müqayisədə 2019-cu ildə idxal olunan ətin çəkisi 4 147,49 ton çox olub. İdxal olunan  ətin dəyəri isə 2018-ci illə müqayisədə 9 milyon 373 min dollar çox olub.

Məlumat üçün bildirək ki, 2018-ci ildə idxal olunan ətin çəkisi 47 399.29 ton, dəyəri isə 70 milyon 075 min dollar olub.

Digər xəbərlər