Azərbaycana pestisidlərin gətirilməsinə nəzarət artacaq.
FED.az xəbər verir ki, Azərbaycan beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyasına qoşulmağı planlaşdırır.
Bu barədə qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sentyabrın 18-də keçirilən iclasında müakirə iclasında müzakirə edilib.
İclasda bildirilib ki, konvensiyaya qoşulma dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq və insan sağlamlığının və ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıyır.
İclasdakı müzakirələrdən sonra qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.