Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Eləcə də bax: Hökumətdən unun və çörəyin bahalaşmasının qarşısını almaq üçün - QƏRAR
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu il mayın 1-nə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Rüsum bərk buğda, toxumluq buğda, pərinc və mesilini əhatə edəcək. (Report)