2025-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycana ümumi dəyəri 33 milyon 52 min dollar olan 306 min 591 baş diri qoyun idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, diri qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 965 min dollar və ya 82,7%, miqdar ifadəsilə isə 124 min 768 baş, başqa sözlə 68,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 18 milyon 87 min dollar dəyərində 181 min 823 baş diri qoyun idxal olunmuşdu.
Bu ilin nəticələrinə görə ölkəyə idxal edilən bir baş qoyunun orta idxal qiyməti 107,8 dollar (təxminən 183,3 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 99,5 dollar (təxminən 169,1 manat) idi. Bu da illik müqayisədə 8,3 dollar (14,2 manat) və ya 8,3% bahalaşma deməkdir.
Bu il qoyun idxalı yalnız iki ölkədən – Gürcüstan və Rusiyadan həyata keçirilib.











