2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 364,5 min ABŞ dolları dəyərində 3 min 580 ədəd diri qoyun idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 199 dollar və ya 4,3 dəfə, miqdar baxımından isə 14 min 372 ədəd və ya 5 dəfə azdır.
2023-ci ilin yanvar-aprel aylarında 1 milyon 564 min dollar dəyərində 17 min 952 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 4 ayına görə 103 dollar (173 manat) olub ki, bu illik müqayisədə 15 dollar (25 manat) və ya 17% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 87 dollar (148 manat) təşkil edib.