Bu ilin yanvar-noyabr ayları ərzində karantin fitosanitar nəzarəti zamanı Azərbaycan və İrandan gətirilən karantin zərərli obyektlərə yoluxan 154 partiya bitkiçilik məhsullarının Rusiya ərazisinə buraxılmasına icazə verilməyib.
Eləcə də bax: Rusiyanın qadağaları Azərbaycanın pomidor şirkətlərinə - 40 Milyon Dollar Zərər Vurub
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, ümumilikdə, hesabat dövründə bu ölkələrdən 422 962 ton təzə tərəvəz və meyvənin idxalına nəzarət edilib və bir sıra məhsulların (pomidor, bibər, kahı, göyərti, kələm, badımcan, alma, şaftalı, ərik, nektarin və albalı) idxalı qadağan edilib.
Malların saxlanılmasına əsas kimi tərəvəz və meyvələrdə 8 növ karantin zərərli obyektin müəyyən edilməsi faktlarını təsdiqləyən laboratoriya rəyləri olub. Məhsullar ixrac edən ölkələrə geri qaytarılıb.