“2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyə 74 milyon ABŞ dolları dəyərində dekorativ bitki ixrac edib. İlin sonunda bu rəqəmin 90 milyon dollar olacağını düşünürük".
Eləcə də bax: 300 mindən çox dekorativ bitki - QİYMƏTLƏR 1500 MANATADƏK
FED.az xəbər verir ki, bunu qonşu ölkənin Dekorativ Bitki İstehsalçıları Birliyinin (SÜSBİR) sədri Ahmet Dündar deyib.
Onun sözlərinə görə, 10 ay ərzində Türkiyədən ən çox dekorativ bitki idxal edən ölkə Hollandiya, eləcə də Böyük Britaniya, Almaniya və İspaniya olub.
İdxalda inkişaf etməkdə olan türkdilli ölkələr Azərbaycana, Özbəkistan və Türkmənistan da fərqlənib. Türkiyədən bu ölkələrə dekorativ bitki ixracı artıb. (Report)