Bu ilin 12 ayı ərzində Azərbaycan Türkiyədən 376 min 290 dollar dəyərində 72 min 312 ədəd arı idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkiyədən arı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 49 min 990 dollar və ya 15,3%, miqdar ifadəsilə isə 1 000 ədəd, başqa sözlə 1,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən 326 min 300 dollar dəyərində 71 min 312 ədəd arı gətirilmişdi.
Bu ilin nəticələrinə görə Türkiyədən idxal edilən bir arının orta idxal qiyməti 5,20 dollar (təxminən 8,84 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 4,58 dollar (təxminən 7,79 manat) idi. Bu da illik müqayisədə 0,62 dollar (1,05 manat) və ya 13,5% bahalaşma deməkdir.
Türkiyə Azərbaycanın demək olar ki, yeganə arı tədarükçüsü olmaqda davam edir.











