Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər.
ELƏCƏ DƏ BAX: Xurma satanlar daha 50 milyon dollar qazanacaqlar - AÇIQLAMA
FED.az-ın məlumatına görə, bunu Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib.
Onun sözlərinə görə, iki Azərbaycan şirkəti - “Atena” şirkəti Yaxın Şərq ölkələrinə, “MPro” isə Rusiyaya süd məhsulları ixrac edir .
S.Eyyubov qeyd edib ki, Assosiasiya qarşısında dayanan əsas məsələ daxili bazarın süd və süd məhsulları ilə təmin olunması, eləcə də bu məhsul üçün yeni standartların tətbiq olunmasıdır.
O əlavə edib ki, ölkədə südlük heyvandarlığın inkişafının stimullaşdırılması üçün addımlar atılır.
Qeyd edək ki, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası 2018-ci ilin yanvarında yaradılıb. Hazırda Assosiasiya 20 şirkəti özündə birləşdirir.
Azərbaycan südünün müştəriləri artır – AÇIQLAMA
21:00
3 Yan 2019