Azərbaycanda kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışı üçün tələb olunan bir sıra beynəlxalq sertifikatların alınması dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Azərbaycanda yeni ixracyönümlü bitkilərin becərilməsi dəstəklənəcək
FED.az xəbər verir ki, yeni mexanizm Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatları əhatə edəcək.
Sertifikatın növündən asılı olaraq dövlət dəstəyinin məbləği 7 min manatdan 36 min manatadək dəyişəcək.
Bununla yanaşı, sertifikat əldə edildikdən sonra onun aktiv saxlanılması üçün hər il ilkin dəstək məbləğinin 10 faizi həcmində əlavə subsidiya veriləcək.
Beləliklə, məsələn, 36 min manatlıq dəstək kateqoriyasına daxil olan sertifikat üzrə müəssisə sonrakı illərdə onun saxlanılması üçün illik 3 600 manat dövlət dəstəyi ala bilər.
Beynəlxalq sertifikatlar xüsusilə Avropa və digər tələbkar ixrac bazarlarında ərzaq və kənd təsərrüfatı məhsullarının satışının əsas şərtlərindən biridir. Yeni subsidiya mexanizmi ixraca çıxmaq istəyən yerli istehsalçıların sertifikatlaşdırma xərclərinin bir hissəsini dövlət hesabına qarşılamağa imkan verəcək.












