İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyaları Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Abu-Dabi, Şarja şəhərlərinə və Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərinə təşkil edilib.
ELƏCƏ DƏ BAX: Fındıq ixracından 10 mövsümdə 18 milyard dollar gəlir
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının körfəz ölkələrində tanıdılması məqsədi ilə təşkil olunan ixrac missiyalarına boya, mebeli, plastik borular və fitinq istehsalı, turizm, tekstil, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral suların istehsalı və s. sahələrdə fəaliyyət göstərən 29 Azərbaycan şirkəti daxil olub.
BƏƏ-yə təşkil olunmuş ixrac missiyası çərçivəsində Şarja şəhər Ticarət və Sənaye Palatasının nümayəndələri ilə keçirilən görüşdə ixrac imkanlarının genişləndirilməsi, iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb. Missiyalar çərçivəsində xarici şirkət nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın “Khan-El” şirkəti ilə BƏƏ-nin “Haghanyat General Trading” şirkəti arasında fındıq məhsulunun ixracına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən yaxın vaxtlarda şirkət tərəfindən BƏƏ-ə fındıq ixracına başlanacaq.
Missiya iştirakçıları Dubay şəhərində “Azərbaycan Ticarət evi”nin yaradılması işlərlərinin gedişi ilə tanış olublar.
Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək – RAZILAŞMA
19:45
18 Dek 2018