Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə, 2025-ci ilin 28 fevral tarixinədək Rusiyadan heyvanların ixracı 71 min baş təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5 dəfə çoxdur.
Azərbaycan qoyun və inək ixracı və idxalına xərcini azaldıb
FED.az xəbər verir ki, ixrac olunmuş 71 min baş heyvanın 24 min başı iribuynuzlu mal-qara olub. O cümlədən, Azərbaycana 13 min baş, Qırğızıstana 4,6 min baş, Özbəkistana 1,7 min baş və Tacikistana 1,7 min baş iribuynuzlu mal-qara ixrac edilib.
Rusiyadan donuz əti ixracının həcmi iki dəfə artaraq 44,4 min ton təşkil edib. Fevralın 28-nə olan məlumatlara görə, donuz əti ixracı ən çox Vyetnama olub - 2,3 dəfə artıb və 11 min ton təşkil edib. Honq-Konqa (2,7 min ton), Belarusa (19,2 min ton), Serbiyaya (2,1 min ton) və Qazaxıstana (1,5 min ton) icarcın həcmi də artıb.
Rusiyanın quş əti ixracı isə 18% artaraq 56,9 min tona çatıb. Əsas çatdırılma istiqamətləri Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan və BƏƏ olub. (Marja)