Azərbaycan cari kənd təsərrüfatı ilində Qazaxıstandan taxıl idxalında misli görünməmiş artım nümayiş etdirib.
Qazaxıstan taxılının Azərbaycana dəmir yolu ilə tədarükü 95 dəfə artıb
FED.az xəbər verir ki, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ilin sentyabrından 2025-ci il aprelin 27-dək Qazaxıstandan Azərbaycana taxıl tədarükünün həcmi 2023/2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 111 dəfə artaraq 5 min tondan 557 min tona çatıb.
Azərbaycanla yanaşı regionun digər ölkələrində də Qazaxıstan taxılının idxalında əhəmiyyətli artım müşahidə olunur. İrana ixrac 16 dəfə, Qırğızıstana 2 dəfə, Tacikistana 50 faiz, Özbəkistana 29,7 faiz, Əfqanıstana isə 33,8 faiz artıb. (Azərtac)