2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 162,2 milyon dollar məbləğində pomidor ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çoxdur.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracat icmalı”nda deyilir.
İxrac olunan məhsullar siyahısında ikinci yerdə 107,2 milyon dollar məbləği ilə qızıl (7,9 faiz azalma), üçüncü yerdə 89,1 milyon dollar məbləği ilə xurma (21,4 faiz artım) qərarlaşıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan həmçinin 80,2 milyon dollarlıq fındıq (23,4 faiz azalma), 70,1 milyon dollarlıq xam pambıq (60,8 faiz artım), 68,6 milyon dollarlıq ilkin formada polietilen (3,2 faiz artım), 65 milyon dollarlıq elektrik enerjisi (36,6 faiz artım), 46,5 milyon dollarlıq emal olunmamış alüminium (51,2 faiz artım), 38 milyon dollarlıq albalı və gilas (38,9 faiz artım) və 804,8 milyon dollar məbləğində digər məhsullar (3,8 faiz artım) ixrac edib.
2018-ci ilin 11 ayı ərzində Azərbaycanımn qeyri-neft məhsullarını ixrac etdiyi ölkələr sırasına 555,4 milyon dollar məbləğlə Rusiya (10,3 faiz artım) başçılıq edir. Siyahıda sonrakı yerləri Türkiyə, İsveçrə, Gürcüstan və Qazaxıstan tutur.