2024-cü ilin sentyabr-dekabr aylarında Qazaxıstan 4 milyon ton yeni taxıl məhsulu ixrac edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 57 faiz çoxdur.
Dekabrda Qazaxıstandan Azərbaycana 101 min ton taxıl tədarük edilib
FED.az xəbər verir ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrana və Azərbaycana tədarük xeyli artıb. Belə ki, İrana ixrac 455 min tona qədər, Azərbaycana isə 188 min tonadək artıb.
2024-cü ildə Qazaxıstanın taxıl ixracının ümumi həcmi 8,1 milyon ton təşkil edib.
Əsas alıcılar Özbəkistan (3,3 milyon ton), Tacikistan (1,2 milyon ton), Çin (1,7 milyon ton), Əfqanıstan (289 min ton), İran (526 min ton), Azərbaycan (211 min ton) və Qırğızıstan (140 min ton) olub. (Azərtac)