Azərbaycan məhsullarının xaricdə populyarlaşdırılması üçün işlər aparılır.
Eləcə də bax: Azərbaycan Avropa İttifaqına məhsul ixracını asanlaşdıran - Qanun Qəbul Edəcək
FED.az xəbər verir ki, bunu "Uluçay" Sosial-İqtisadi İnnovasiyalar Mərkəzinin icraçı direktoru İlyas Səfərli Şəkidə ərzaq festivalı zamanı deyib.
Onun sözlərinə görə, festivalda Zaqatala, Balakən, Şəki rayonlarından 15 sahibkar iştirak edir:
"Bu cür tədbirlər vasitəsilə biz fermerlərin və sahibkarların məhsullarını və yerli əhali, həm də turistlər arasında populyarlaşdırmaq istəyirik. Hər bir sahibkar öz məhsulunun xarici bazarlara çıxışında maraqlıdır. Bu məqsədlə biz Avropa İttifaqı kimi təşkilatları cəlb etməklə yerli səviyyədə müxtəlif tədbirlər keçiririk".
Qeyd edək ki, Şəkidə Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, "Uluçay" Sosial-İqtisadi İnnovasiyalar Mərkəzi və Bolqarıstan İqtisadi İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan ərzaq festivalı keçirilir. (Trend)