Azərbaycanın zeytun yağı istehsalçısı “Grand Agro” MMC bu ilin iyul ayında Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri distribütor şirkətləri ilə sızma zeytun yağının ixracı üzrə müqavilələr imzalayıb.
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Olivea” brendi altında “Extra Virgin” zeytun yağı bu ilin sentyabr ayından qonşu ölkələrə ixrac olunacaq.
Xatırladaq ki, “Grand Agro” MMC Azərbaycanda 2500 hektara qədər ərazisi olan ən böyük zeytun plantasiyalarının sahibidir. “Extra Virgin” yağının istehsalı Abşeron regionun ən böyük zeytun yağı və süfrə zeytun zavodunda istehsal olunur. (Marja)