Bu ilin yanvar-fevral aylarında Azərbaycana 97 min 750 ABŞ dolları dəyərində 17,78 ton təbii bal idxal edilib.
Eləcə də bax: Azərbaycanda ötən il 7 min tona yaxın bal - İSTEHSAL OLUNUB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarına görə, bu 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 48,8%, həcm ifadəsində isə 3,3% artıb.
Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən yanvar-fevral aylarında Azərbaycana 20 min 440 dollarlıq 4,08 ton bal tədarük edilib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 20,4% və 20,3% üstələyir.
Üçüncü yerdə olan İrandan isə ölkəyə 12 min 130 dollar dəyərində 3,95 ton bal göndərilib. Hesabat dövründə İrandan bal idxalı dəyər ifadəsində 48,5%, həcm olaraq isə 54,7% azalıb.
Hesabat dövründə ümumilikdə Azərbaycana 7 ölkədən təbii bal idxal olunub.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan cəmi 1,57 min dollar dəyərində 0,07 ton təbii bal ixrac edilib. (APA)