Azərbaycan bu il ərzində ilk dəfə olaraq 9 bitki üzrə toxum istehsalını gerçəkləşdirə bilər.
FED.az xəbər verir ki, bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Nazir qeyd edib ki, artıq tərəvəzçilik institutunun tərkibində toxumçuluq təsərrüfatı yaradılıb və bu il ərzində ilk toxum istehsalı mümkün olacaq.
H.Əsədov bildirib ki, toxumçuluq və tingçilik təsərrüfatı ilə bağlı işlər diqqətdə saxlanılır və bu ilin sonu -növbəti ildə bu sahədə mühüm yeniliklər olacaq.
Onun sözlərinə görə, toxumçuluğun inkişafı üçün laboratoriya avadanlığının alınmasına 2017-ci ildə 700 min dollar xərclənib.