Milli Məclis Azərbaycan ilə Rusiya arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.
Azərbaycanla Rusiya arasında qida təhlükəsizliyi ilə bağlı saziş təsdiqlənib - FƏRMAN
FED.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin oktyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Saziş 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanıb.