Azərbaycan 2022-ci ilin I yarısında 105,779 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7% azdır.
Eləcə də bax: Pomidor ixracından Azərbaycana daxil olan valyuta - ARTIB
FED.az xəbər verir ki, ixrac edilmiş pomidorun ümumi dəyəri $126 milyon 867,82 min (artım 2.7%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. “Yanvar-iyun aylarında Rusiyaya $122 milyon 580,85 min dəyərində 102,999 min ton pomidor (bütün ixracın 97,6%-i – İF) ixrac olunub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə RF-yə pomidor ixracı miqdar ifadəsində 6,11% azalıb, dəyər ifadəsində 0,8% artıb”, - mənbə bildirib.
Azərbaycan 2021-ci ildə $160 milyon 228,84 min dəyərində 145,216 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Ötən il bu ölkəyə $157 milyon 558,92 min dəyərində 140,110 min ton pomidor ixrac olunub. (İnterfaks-Azərbaycan)