Bu ilin yanvar-may aylarında Rusiya balını əsas istehlakçılarının siyahısında Azərbaycan 9-cü yerdə olub.
Eləcə də bax: Rusiya 2021-ci ildə şokolad ixracına görə - İsveçrəni Keçəcək
FED.az xəbər verir ki, həmin dövr ərzində Azərbaycana 23 ton bal tədarük edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 432 % çoxdur.
Hesabat dövründə Rusiyanın bal ixracı 2 dəfə artaraq 1 443 tona çatıb. Əsas istehlakçılar keçmiş sovet respublikaları olub. Onların ümumi ixracdakı payı 41 %-dən 53 %-ə kimi artıb. Bu ölkələrə tədarük 159 % artaraq 755 tona çatıb. Əsas istehlakçılar 364 tonla (+123 %) Qazaxıstan, Çin (323 ton, +6 %) və Belarus (248 ton, +106 %) olub.
Rusiya balının idxalı üzrə ən yüksək artım tepmini Avropa İtiffaqı (Aİ) göstərib. Aİ bir ildə Rusiya balının ixracındakı payını 2 %-dən 15 %-ə çatdırıb. Bu, daha çox Polşa (141 ton) və Almaniyaya (21 ton) bal ixracına başlanması ilə əlaqədardır. Çexiyaya ixrac 153 % artaraq 42 ton təşkil edib. Hər üç ölkə Rusiya balını idxal edən ölkələrin ilk onluğunda qərarlaşıb. (Report)