Aqrar

Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək

Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək | FED.az
12:16 24 Yan 2019

"Azərbaycan Qətər və Birləşmiş Ərəb Əmirliklərinə süd məhsulları ixrac edəcək".

FED.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib. 

Onun sözlərinə görə, yerli süd bazarındakı vəziyyət, məhsulların satışı ilə bağlı problemlər emal müəssisələrini ixrac barədə düşünməyə vadar edib. 

"Söhbət əsasən pendir ixracından gedir. İxrac üçün hazırdlıq görülür və yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır”,-  S.Eyyubov deyib. 

Eləcə də bax: Azərbaycandan Türkiyəyə soğan idxalına qoyulan qadağa ləğv edilib

Digər xəbərlər