Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib.
Azərbaycanda istixanalar üzrə yeni əkin subsidiyaları tətbiq olunacaq - MƏBLƏĞLƏR
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Belə ki, əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan da əlavə edilib.
Sığortalanmalı olan əkin sahələrinin minimum ölçüsü isə indiyə qədər olan 10 oektardan 7 hektara endirilib.
Bundan başqa, meyvə bağları üzrə - yeni salınmış bağların "Aqrar sığorta haqqında" qanuna uyğun olaraq azı 3 il müddətinə sığortalanması tələb olunur.












