Azərbaycan dünyanın ən böyük fındıq istehsalçılarının ilk beşliyinə daxildir
Sentyabrda meşə fındığının ixracı - 10 MİLYON MANAT GƏLİR GƏTİRİB
FED.az xəbər verir ki, bunu bunu Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli "Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
"Qeyd olunan dövlət dəstəyi üzrə kompleks tədbirlər nəticəsində aqrar sektorun dayanıaqlı inkişafı təmin olunub və həm 2023, həm də 2022-ci illərdə müsbət inkişaf dinamikası qorunub saxlanılıb. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 9 milyard 996,9 milyon manat olub ki, bunun da 5 milyard 457,3 milyon manatı bitkiçiliyin, 4 milyard 539,6 milyon manatı heyvandarlıq məhsullarının payına düşüb. Kənd təsərrüfatı bitkiləri arasında fındıq yetişdirilməsi mühüm yerlərdən birini tutur. Fındıq istehsalı ixracın həcminə görə dənli bitkilər arasında birinci yerdədir. Ötən il fındıq ixracı nəticəsində ölkəyə 110 milyon ABŞ dollarından yuxarı xarici valyuta daxil olub", - o deyib. (Trend)