Oktyabrın 11-də Dağıstanda keçiriləcək “DaqAgro - 2023” aqrar-sənaye sərgisində Azərbaycan, Türkiyə, Belarus və Rusiyanın seleksiya və toxumçuluq şirkətləri iştirak edəcək.
FED.az xəbər verir ki, Dağıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin məlumatına görə, sərgi regionda kənd təsərrüfatının inkişafı üçün mühüm hadisə olacaq, təcrübə mübadiləsi və yeni işgüzar əlaqələrin qurulması üçün səmərəli platformanın yaradılmasına töhfə verəcək.
Sərgidə istixanalar və bağlar üçün texnoloji avadanlıq və materiallar, müasir suvarma sistemləri, gübrələr və bitki mühafizə vasitələri, eləcə də elit toxum və tinglər nümayiş etdiriləcək. Sərgi iştirakçıları aqrar-sənaye sektorunda ən son yeniliklərlə tanış olacaq, həmçinin bu sənayenin sürətlə inkişaf edən tendensiyalarını və perspektivlərini müzakirə edə biləcəklər. Kənd təsərrüfatı istehsalçıları arasında qabaqcıl təcrübə mübadiləsi və işgüzar əlaqələrin gücləndirilməsi üçün əlverişli mühit yaradılacaq. (Vergiler.az)