Banner

Aqrar

"Azərbaycan bizdən 500 min ton taxıl istəyir"

"Azərbaycan bizdən 500 min ton taxıl istəyir" | FED.az
10:52 4 Aprel 2019

Qazaxıstan cari marketinq ilinin sonuna qədər İrana 1 mln. ton, Gürcüstana və Azərbaycana isə 1 mln. ton taxıl ixrac etməyi planlaşdırır. FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Gülmirə İsayeva məlumat verib.

“Bizə daha çox həcmdə taxıl tədarükü ilə bağlı sorğular daxil olur. Təkcə Gürcüstan 700 min ton, Azərbaycan isə 500 min ton taxıl istəyir. Biz logistika və qiymətəmələgəlmə prosesindən irəli gələrək özümüz üçün daha adekvat rəqəmlər müəyyən edirik. Ümid edirik ki, bu il İran bazarına 1 mln. ton və Zaqafqaziya bazarına 1 mln. ton real rəqəmdir”, - deyə o, bu gün keçirilən “KazGrain-2019” konfransının kuluarlarında jurnalistlərə bildirib.

Bundan əlavə, Qazaxıstandan taxıl idxalının həcmini artırmaq istəyən Gürcüstan və Azərbaycan hökumətləri ilə də danışıqlar aparılır.

“İndi logistika çox yaxşı qurulduğu və taxılımız digər ölkələrin taxılından daha keyfiyyətli olduğu üçün bu ölkələr bizə müraciət edib. Həm Azərbaycan, həm də Gürcüstan 1 mln. tona yaxın taxıl idxal etməyə hazırdır”, - deyə nazir müavini qeyd edib.

Eləcə də bax: Azərbaycan bal istehsalını - KƏSKİN ARTIRACAQ

Digər xəbərlər

Banner