Azərbaycanın tanınmış bal istehsalçısı, "Ballı" brendinin sahibi olan Apiaz MMC 30 yanvar -8 fevral 2020-ci il tarixində Qeter Respublikasinin Doha şəhərində kecirilən Beynelxalq bal sərgisində iştirak edib.
Eləcə də bax: Azərbaycanda bal şirkəti - KOSMETİKA BURAXACAQ
FED.az xəbər verir ki, sərginin sonuncu günündə 150-dən çox şirkətin 300-dən çox Bal nümunəsi arasında kecirilmiş “Məhsulların keyfiyyət qiymətləndirilməsi” yarışında Azerbaycanda arıçılıq sahesinde fəaliyyət gostərən “Ballı”nın (APIAZ MMC) teqdim etdiyi bal məhsulu xarici şirkətlər arasında məhsullarının keyfiyyətinə görə 2-ci yeri tutmuşdur.Bütün Laborotoriya analizləri keyfiyyət yoxlamaları məxfi şəkildə aparılmışdır. Bu bir daha sübüt edir ki, zəngin tebiətə malik Azerbaycan balı Dunya bazarindada layiqli yerini əldə edecek .Apiaz mmc (Balli ) bundan sora da Azerbaycan məhsullarını Beynəlxalq bazarda temsil etməyə davam edecek.