Azərbaycanın “AZER N Agro” LLC kənd təsərrüfatı şirkəti Belarusun kənd təsərrüfatı texnikası və avadanlıqlarının istehsalçısı olan “Bobruyskaqromaş” şirkəti ilə diler müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.
Məlumata görə, “Azer N Agro” 2021-2022-ci illər üçün əsas fəaliyyət istiqamətləri çərçivəsində Belarus istehsalı olan kənd təsərrüfatı texnikasının geniş spektrini təşviq etməyə hazır olduğunu bildirib.
Müqavilənin cari ilin iyun ayında həyata keçirilməsi nəzərdə tutulur. (İnterfaks)