Milli Məclisdə işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı dinləmə keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, bu, Aqrar siyasət komitəsinin 2022-ci il yaz sessiyasının İş planına daxil ediləcək: “Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafına diqqət artırılıb, çox mühüm tədbirlərin layihələri hazırlanır. Bununla əlaqədar qanunvericilik bazasının yaradılması da vacibdir. Komitə də bu prosesdə aktiv iştirak edəcək. O cümlədən yaz sessiyası dövründə komitə üzvləri olaraq işğaldan azad olunmuş ərazilərə səfər etmək, işlərin gedişi ilə tanış olmağı düşünürük. Bu da İş planında əksini tapacaq”.